Avropa Komissiyası Ermənistanın koronavirusa qarşı peyvənd sertifikatlarını tanıyıb

Avropa Komissiyası Ermənistan Respublikası və Böyük Britaniya tərəfindən verilmiş koronavirus peyvəndi üçün rəqəmsal sertifikatları tanıyan iki qərar qəbul edib.
Bu qərarla Ermənistan Aİ sisteminə qoşulacaq, və Ermənistan sertifikatları Aİ-nin rəqəmsal sertifikatları ilə eyni şərtlərlə Avropa Birliyində qəbul ediləcək. Eyni zamanda, Ermənistan və Böyük Britaniya koronavirus peyvəndi üçün Aİ sertifikatını qəbul etməyə razılaşıblar.
Qərar oktyabrın 29-dan qüvvəyə minəcək.





