Türkiyə Ermənistanın müsbət mesajlarına qarşılıq verəcək: Türkiyənin XİN başçısı

Türkiyə Ermənistanın müsbət mesajlarına qarşılıq verəcək: Türkiyənin XİN başçısı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN “Türk” telekanalına müsahibəsində bildirib ki, Türkiyə prezidentinin Azərbaycana son səfəri zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla müzakirə edildi.

Nazirin sözlərinə görə, Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycanla birgə hərəkət edir.

M. Çavuşoğlu  xatırladıb ki, Ermənistan tərəfindən müəyyən müsbət mesajlar verilib. XİN rəhbəri Türkiyənin Ermənistanın müsbət mesajlarına qarşılıq verəcəyini diqqətə çatdırıb.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT