İbrahim Kalın Baydenin müşaviri ilə Artsax məsələsini müzakirə edib

İbrahim Kalın Baydenin müşaviri ilə Artsax məsələsini müzakirə edib

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.

Tərəflər Türkiyə və ABŞ prezidentlərinin Qlazqoda keçiriləcək görüşü ilə bağlı planları müzakirə ediblər.

Telefon danışığı zamanı Qarabağ, Əfqanıstan, Şərqi Aralıq dənizi, Yunanıstan, “F-35” və “F-16” mövzularında da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, noyabrın 1-12-də isə Şotlandiyanın Qlazqo şəhərində 26-cı Birləşmiş Millətlər İqlim Dəyişikliyi Konfransı (COP26) keçiriləcək. Türkiyə və ABŞ liderlərinin görüşü konfrans çərçivəsində baş tutacaq.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT