Armen Sargsyan Əbu-Dabi vəliəhdi ilə Ermənistan-Əmirliklər münasibətlərinin dərinləşməsini müzakirə edib

Armen Sargsyan Əbu-Dabi vəliəhdi ilə Ermənistan-Əmirliklər münasibətlərinin dərinləşməsini müzakirə edib

ER prezidenti Armen Sargsyan Birləşmiş Ərəb Əmirliklərinə etdiyi səfər çərçivəsində Əbu-Dabi vəliəhdi, Silahlı Qüvvələrin Baş Komandanının müavini, şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. Bu barədə ER prezidentinin administrasiyasından məlumat verilir. 

“Görüş zamanı Ermənistan-Əmirliklər arasında dinamik inkişaf edən əlaqələrin dərinləşməsi, regional və beynəlxalq məsələlər barədə bir sıra mövzular müzakirə olundu. 

ER prezidenti Armen Sargsyan BƏƏ-də Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə ilə də görüşüb. Görüşdə ikitərəfli maraq doğuran məsələlər müzakirə edildi”,-məlumatda deyilir. 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT