ABŞ konqresmeni Deyvid Valadao Artsax xalqının hüquq və azadlıqlarının müdafiəsini dəstəklədiyini bir daha təsdiqləyib

ABŞ konqresmeni Deyvid Valadao Artsax xalqının hüquq və azadlıqlarının müdafiəsini dəstəklədiyini bir daha təsdiqləyib

Artsax Respublikasının Dövlət naziri Artak Beglaryan oktyabrın 23-də Henfordda ABŞ konqresmeni Deyvid Valadao ilə görüşüb.

Artsax Dövlət nazirinin administrasiyasından bildiriblər ki, Artak Beglaryan Artsaxa göstərdiyi dəstək üçün təşəkkürünü bildirərək Artsaxdakı vəziyyəti, humanitar və siyasi çağırışları təqdim edib. 

Dövlət naziri  vurğulayıb ki, xüsusilə müharibənin humanitar nəticələrinin aradan qaldırılmasında və Artsax xalqının öz müqəddəratını təyin etmə hüququnun tam həyata keçirilməsində beynəlxalq yardıma ehtiyac var. 

Deyvid Valadao Artsax xalqının hüquq və azadlıqlarının müdafiəsini dəstəklədiyini bir daha təsdiqləyib. Tərəflər mövcud məsələlərin həllində ABŞ konqresmenlərinin mümkün iştirakı ilə bağlı fikir mübadiləsi aparıblar.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT