logo

Bölgənin iqtisadi və nəqliyyat yollarının açılması ER iqtisadiyyatının məzmununu keyfiyyətcə dəyişə bilər: Paşinyan

Bölgənin iqtisadi və nəqliyyat yollarının açılması ER iqtisadiyyatının məzmununu keyfiyyətcə dəyişə bilər: Paşinyan

“Biz Ermənistan, Artsax və region üçün dinc inkişaf dövrünün açılması gündəliyinin ardıcıl həyata keçirilməsini regionumuzda düşmənçilik mühitinin aradan qaldırılması, ATƏT MQ həmsədrliyi formatında Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin bərpası, regional iqtisadi və nəqliyyat infrastrukturunun açılması kontekstində görürük”. 

Bunu ER Baş naziri Nikol Paşinyan parlamentin daimi komitələrinin birgə iclasında “ER 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Baş nazir vurğuladı ki, regionun iqtisadi-nəqliyyat infrastrukturlarının blokadadan çıxarılması Ermənistanın iqtisadiyyatının məzmunu və strukturunu keyfiyyətcə dəyişə bilər, Ermənistanın daxili infrastrukturu üçün əlavə stimul ola bilər, uzunmüddətli iqtisadi artımı təmin edə bilər, xarici və yerli investorlar üçün iqtisadiyyatımızın cəlbediciliyini əhəmiyyətli dərəcədə artıra bilər. 

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT