logo

Türkiyənin müharibədəki rolu regionda sabitliyin qorunmasında NATO-ya inamı azaldıb: Arşak Karapetyan

Türkiyənin müharibədəki rolu regionda sabitliyin qorunmasında NATO-ya inamı azaldıb: Arşak Karapetyan

Oktyabrın 21-də Ermənistanın müdafiə naziri Arşak Karapetyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Pirisi qəbul edib.

Görüş zamanı ER müdafiə naziri Artsaxda hərbi əməliyyatların dayandırılmasından sonra yaranmış təhlükəsizlik vəziyyəti və mövcud təhdidləri təqdim edərək, qeyd edib ki, NATO üzvü Türkiyənin Artsaxa qarşı 44 günlük müharibədəki rolu regionda sabitliyin və sülhün qorunmasında NATO-ya inamı azaldır.

Həmsöhbətlər həmçinin regional təhlükəsizlik və Ermənistan-NATO əməkdaşlığının perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT