Mixeil Saakaşvili tibbi yardım qəbul etməyə razılıq verib

Mixeil Saakaşvili tibbi yardım qəbul etməyə razılıq verib

Gürcüstanda həbsdə saxlanılan sabiq prezident Mixeil Saakaşvili həkimlərin ona yardım göstərməsinə razılıq verib.

Bu barədə siyasətçi yazdığı məktubda bildirib.

O, həbsdə qalacağı müddətdə heç bir formada qida qəbul etməyəcəyini və hətta ölümə hazır olduğunu deyib: “Bununla belə mən sona qədər sağlam düşüncəmi və işləmək qabiliyyətimi saxlamaq istəyirəm. Buna görə də həkimlər tərəfindən medikamentoz müdaxiləyə razıyam”.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Hazırda Rustavidəki 12 saylı həbsxanada olan siyasətçi artıq 20-ci gündür aclıq aksiyası keçirir. 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT