Rusiya sülhməramlı kontingentinin komandanlığı Martakertdə mülki şəxsin ölümü ilə bağlı araşdırma aparır: Zaxarova

Rusiya sülhməramlı kontingentinin komandanlığı Martakertdə mülki şəxsin ölümü ilə bağlı araşdırma aparır: Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova həftəlik brifinqdə, noyabrın 9-da Martakert bölgəsində Azərbaycan tərəfinin açdığı atəş nəticəsində bir mülki şəxsin ölümcül yaralanmasına toxunaraq, bütün yaxınlarına və qohumlarına dərin hüznlə başsağlığı verib. “Rusiya sülhməramlı kontingentinin komandanlığı hər iki tərəfin nümayəndələrinin iştirakı ilə müvafiq araşdırma aparır. Rusiya sülhməramlıları, məsul olduqları ərazidə insidentlərin qarşısını almaq məqsədilə səyləri əlaqələndirmək üçün Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahları ilə əməkdaşlıq edirlər", - deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, faciəli hadisə üç ölkə liderlərinin bəyanatlarının bütün müddəalarına qeyd-şərtsiz əməl olunmasının zəruriliyini təsdiq edir. "Hər iki tərəfi humanitar sahədə qarşılıqlı mübahisəli məsələləri ən qısa zamanda aradan qaldırmağa, "hamının hamıya" prinsipi ilə əsirlərin  və mina xəritələrinin mübadiləsini təşkil etməyə çağırırıq”.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT