ER-nın İrandakı səfiri və İİR Xİ nazirinin müavini Şimal-Cənub nəqliyyat xəttinin gücləndirilməsinə dair işlərini müzakirə edib

Oktyabrın 6-da Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan İran xarici işlər nazirinin müavini Mehdi Safari ilə görüşüb.
İqtisadi əməkdaşlığın dərinləşdiyini vurğulayan İran xarici işlər nazirinin müavini Safari, mövcud iqtisadi proqramların həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.
Tərəflər Aİİ çərçivəsində əməkdaşlığın səmərəliliyinin artırılması, həmçinin "Şimal-Cənub" nəqliyyat xəttinin gücləndirilməsinə yönəlmiş işlərin təşkili məsələlərinə də toxunublar.





