Hərbi mənbə: İran Naxçıvana hərbi təchizat uçuşlarına qadağa qoydu

Hərbi mənbə: İran Naxçıvana hərbi təchizat uçuşlarına qadağa qoydu

“APA”, hərbi dairələrə istinadən məlumat yayıb ki, bu gün İran Azərbaycan tərəfinə rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyulduğunu çatdırıb.

Mənbə “İranın Azərbaycana qarşı növbəti xəyanətinin Ermənistanın diqtəsi ilə həyata keçirildiyini” iddia edib.

Qeyd olunur ki, “İran nəqliyyat-tranzit məsələlərində Azərbaycan ərazisindən daha çox istifadə edir”. 

"İranın Azərbaycana növbəti dəfə zərbə vurmaq cəhdi Naxçıvandakı hərbi hissələrin təchizatına bir o qədər də təsir göstərməyəcək. Azərbaycan bu marşrutdan çox az istifadə edir və daha çox digər marşrutlar üzrə daşımalara üstünlük verir", - deyə mənbə bildirib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT