Azərbaycan vətəndaşı Ermənistanın xeyrinə casusluq etmək ittihamı ilə həbs olunub

Azərbaycan vətəndaşı Ermənistanın xeyrinə casusluq etmək ittihamı ilə həbs olunub

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki,Azərbaycan vətəndaşı Aydın Zəki oğlu Zəkiyev (1970-ci ildə anadan olub) guya “erməni kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunaraq” həbs edilib,

Dövlət Təhlükəsizliyi Xidmətini məlumatında deyilir ki, Zəkiyev xarici ölkələrdən birində üçüncü şəxslər vasitəsilə tapşırıqlar alıb. Belə ki, o, “Azərbaycan Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsi haqda məlumatları düşmən tərəfə ötürüb”. İstintaq müəyyən edib ki, Zəkiyev başqa şəxslərin cəlb edilməsində Ermənistan kəşfiyyatına kömək edib.

Zakiyevə Cinayət Məcəlləsinin 274-cü maddəsilə (Vətənə xəyanət) ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə o həbs edilib. İstintaq davam edir.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT