Suren Papikyan və Böyük Britaniyanın səfiri Syunikin təhlükəsizlik və sosial-iqisadi vəziyyətini müzakirə edib

Suren Papikyan və Böyük Britaniyanın səfiri Syunikin təhlükəsizlik və sosial-iqisadi vəziyyətini müzakirə edib

Oktyabrın 1-də ER Baş nazirinin müavini Suren Papikyan Böyük Britaniyan və Şimali İralandiya Birləşmiş Krallığının Ermənistan Respublikasındakı səfiri Con Galageri qəbul edib. 

Suren Papikyan qeyd edib ki, Ermənistan-Böyük Britaniya münasibətlərinin inkişafı  Ermənistan üçün vacibdir. 

Görüş zamanı tərəflər biznes, turizm, yeni texnologiyalar, iqlim dəyişikliyinin problemi, effektiv idarəçilik və vətəndaş cəmiyyəti institutlarının inkişafı kimi müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Baş nazirin müavini müharibədən sonrakı vəziyyətə toxunaraq, bölgədə sabitlik və sülhün bərqərar olması üçün çoxtərəfli səylərin zəruriliyini vurğulayıb. O, Böyük Britaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyini yüksək qiymətləndirib. 

Syunikdəki təhlükəsizlik, sosial-iqtisadi vəziyyət də müzakirə edilib. Baş nazirin müavini bu kontekstdə bölgə yol şəbəkəsinin yenilənməsi, icmaların inkişafı və əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün Ermənistan Respublikası hökumətinin prioritetlərini təqdim edərək əminliklə bildirib ki, ilin sonuna qədər bu istiqamətdə əhəmiyyətli irəliləyiş gözlənilir.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT