Ermənistanla Azərbaycan arasındakı mübahisələrə dair dinləmələr olacaq

Ermənistanla Azərbaycan arasındakı mübahisələrə dair dinləmələr olacaq

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycan tərəfindən bir-birinə qarşı "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulması ilə bağlı müraciətlərinə dair 14-19 oktyabr tarixlərində dinləmələr təyin edib.

Pandemiya ilə əlaqədar olaraq dinləmələr hibrid formatda keçiriləcək.  Haaqa məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, 14-15 oktyabr tarixli dinləmələrdə Ermənistanın ilkin tədbirlərin tətbiq edilməsi tələbi müzakirə olunacaq, 18-19 oktyabr dinləmələrində isə Azərbaycanın da oxşar tələbi müzakirə olunacaq.

Xatırladaq ki, Ermənistan sentyabrın 16-da BMT-nin Beynəlxalq Ədliyyə Məhkəməsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında"  Beynəlxalq Konvensiyaya uyğun olaraq məhkəməyə başlamışdır.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT