Artsaxın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması xarici siyasətin prioriteti olaraq qalır: Artsax XİN

Artsaxın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması xarici siyasətin prioriteti olaraq qalır: Artsax XİN

Artsax Respublikasının Xarici İşlər Nazirliyi   44 -cü müharibəsinin başlanması münasibətilə bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, düz bir il əvvəl, 27 sentyabrda Azərbaycan, Türkiyənin və beynəlxalq terrorçu qruplarının birbaşa iştirakı və dəstəyi ilə Artsax Respublikasına qarşı genişmiqyaslı müharibə başlatdı.

“44 günlük təcavüz zamanı Azərbaycan Artsax xalqına qarşı beynəlxalq konvensiyalarla qadağan edilmiş silahlardan istifadə etdi. İqtisadi və mülki infrastruktura və ətraf mühitə böyük ziyan vurdu. Müharibə nəticəsində minlərlə insan həyatını itirdi, Artsax Respublikası ərazisinin çox hissəsi isə işğal edildi. Cinayətkar üçlüyün təcavüzü yalnız bölgəyə Rusiya sülhməramlı missiyasının yerləşdirilməsi sayəsində  dayandırılıb. 

Lakin, hərbi əməliyyatlar dayandırıldıqdan sonra da, Azərbaycan bütün razılaşmaları, beynəlxalq hüquq normalarını və insanlıq prinsiplərini kobud şəkildə pozaraq, dövlət səviyyəsində açıq şəkildə təcavüzkar, işğalçı, ermənilərə qarşı nfirətlə dolğun siyasətini davam etdirir.

Arstaxən işğal olunmuş ərazilərdə sistemli şəkildə mədəni soyqırım və erməni tarixi irsinin məhv edilməsi həyata keçirilir. Biz bu gün heç olmadığı kimi, müstəqil, suveren dövlətçiliyimizi inkişaf etdirmək  əzmindəyik.

Artsax Respublikasının müstəqilliyinin beynəlxalq səviyyədə tanınması, geosiyasi subyektivliyin qorunması, Artsax ərazilərinin işğaldan azad edilməsi, Artsaxın tam iştiraklı ilə ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesinin davam etdirilməsidir, müxtəlif ölkələr və quruluşlarla əlaqələrin inkişafı Artsaxın xarici siyasət prioritetləri olaraq qalır. Yaşasın Artsax Respubliaksı”,- bəyanatda qeyd olunub. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT