Suren Papikyan Rusiya səfiri ilə Goris-Vorotan yolunda yaranmış vəziyyəti müzakirə etdilər

Suren Papikyan Rusiya səfiri ilə Goris-Vorotan yolunda yaranmış vəziyyəti müzakirə etdilər

Sentyabrın 23-də ER Baş nazir müavini Suren Papikyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkini qəbul etdi.

Baş nazir müavini qeyd etdi ki, Ermənistan-Rusiya münasibətlər yüksək səviyyədədir. Rusiya səfiri, Rusiya tərəfinin bütün sahələrdə əməkdaşlığa hazır olduğunu bildirdi.

Tərəflər müdafiə, enerji, infrastruktur, yeni texnologiyalar və biznesin inkişafı məsələlərinə toxunaraq Ermənistan-Rusiya münasibətlərinin inkişaf perspektivlərini müzakirə etdilər.

Görüş zamanı  “Cənubi Qafqaz Dəmiryolu"nun fəaliyyətinə də toxunulub. Tərəflər enerji sahəsində səmərəli əməkdaşlığı da müzakirə ediblər. Baş nazir müavini qeyd etdi ki, bu istiqamətin Ermənistan üçün strateji əhəmiyyəti var və onun çoxşaxəli inkişafı ER Hökuməti proqramının həyata keçirilməsi üçün həyati əhəmiyyətə malikdir. Tərəflər bu kontekstdə  “Rosatom” ilə əməkdaşlığın genişləndirilməsi məsələsinə toxunublar. 

Baş nazirin müavini Suren Papikyan bölgədə kommunikasiya yenidən açılması ilə əlaqədar həm üçtərəfli formatı, həm də ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiyanın xüsusi və effektiv rolunu vurğuladı.

Tərəflər Goris-Kapan yolunda yaranmış vəziyyəti müzakirə etdilər. Onlar gərginliyin azaldılmasında və yaranmış n problemlərin həllində Rusiyanın güclü və konstruktiv rolunu vurğulayıblar.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT