Niderland səfiri xalqımızı erməni dilində təbrik etdi

Niderland səfiri xalqımızı erməni dilində təbrik etdi

Niderlandın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Nikolas Şxermers Ermənistanın Müstəqilliyinin 30-cu ildönümünü təbrik etdi.

Səfir təbrik çıxışını  erməni dilində səsləndirib:

“Hörmətli Ermənistan Respublikasının vətəndaşları, 

Sizi Müstəqilliyin 30 -cu ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ermənistan üçün çətin zamanlardır amma əminəm ki, bu gözəl ölkənin və gözəl insanların parlaq gələcəyi var. Sizə daha yaxşı gələcəyin yolunda güc, ümid və müdriklik arzulayıram.

Sizə Ermənistanın möhm əkolduğu bütün sahələrdə firavanlıq diləyirəm. Gələn il ölkələrimiz arasında ikitərəfli əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcəyik. Tərəfdaşlığımızı dərinləşdirməyə və genişləndirməyə hazır olduğumuzu vurğulamaq istəyirəm.

Ermənistanın gələcəyi üçün Müstəqilliyin 30 illiyini təbrik edirəm”, - Hollandiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri deyib. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT