ATƏT-in Minsk Qrupu həmsədrliyi çərçivəsində münaqişənin uzunmüddətli həlli üçün səylərimizi əsirgəməyəcəyik: Fransa Prezidenti

ATƏT-in Minsk Qrupu həmsədrliyi çərçivəsində münaqişənin uzunmüddətli həlli üçün səylərimizi əsirgəməyəcəyik: Fransa Prezidenti

Fransa Respublikasının Prezidenti Emanuel Makron Ermənistanın Müstəqillik Günü münasibətilə Respublika Prezidenti Armen Sargsyana təbrik məktubu göndərib.

Mesajda xüsusilə deyilir:

"Fransa bölgədə sülhün bərqərar olunmasında rol oynamaq istəyir və bu ruhla Dağlıq Qarabağdakı qanlı müharibədən bir il sonra üzləşdiyi çağırışları aradan qaldırmaq üçün Ermənistanın yanındadır. Bu baxımdan Fransa, Cənubi Qafqazın unikallığını və zənginliyini əks etdirən bölgənin zəngin mədəni irsinin qorunub saxlanmasına sadiq olacaq.

Nəhayət, ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində münaqişənin uzunmüddətli həllini tapmaq, Cənubi Qafqazda vəziyyəti regional inkişaf və rifah naminə sabitləşdirmək üçün səyimizi əsirgəməyəcəyik. Bu həm də Minsk qrupunun həmsədrliyi himayəsi altında Ermənistanla Azərbaycan arasında dialoqun bərpasını nəzərdə tutur. Fransa həmsədr ölkə olaraq bu məsələdə dəstəyini göstərməyə hazırdır”.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT