Ermənistan Respublikasının Baş naziri Slovakiyanın xarici işlər nazirini qəbul etdi

Ermənistan Respublikasının Baş naziri Slovakiyanın xarici işlər nazirini qəbul etdi

ER Baş naziri Nikol Paşinyan Ermənistanda rəsmi səfərdə olan Slovakiyanın xarici işlər naziri İvan Korçokun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Görüş zamanı Hökumət başçısı  Slovakiyanın Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar edilməsində maraqlı olmasından məmnunluğunu ifadə etdi.

Bu kontekstdə Baş nazir ötən il Azərbaycanın Artsax Respublikasına qarşı başlatdığı müharibənin yaratdığı vəziyyəti, erməni əsirlərin geri qaytarılması ilə bağlı razılaşmanı yerinə yetirməməsini, həmçinin Azərbaycan qüvvələrinin Ermənistanın suveren ərazisinə zorla daxil olunmasında toxunub.  

Baş nazir Ermənistan Hökumətinin atdığı addımları, Ermənistanın beynəlxalq aləmdən gözləntilərini təqdim etdi və ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində danışıqlar prosesinin bərpasının vacibliyini vurğuladı.

Slovakiyanın xarici işlər naziri qeyd etdi ki, Slovakiya Ermənistanla çoxtərəfli əməkdaşlığın inkişafında maraqlıdır.Korçok vurğuladı ki, Slovakiya Ermənistanın bölgədə sabitlik və sülhün bərqərar olunması və ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə yönəlmiş səylərini yüksək qiymətləndirir.

Slovakiyanın xarici işlər naziri Slovakiyanın ATƏT-in Minsk Qrupunun həmsədrliyinin səylərinə dəstəyini ifadə  etdi.

Tərəflər Ermənistanda demokratik institutların güclənməsi və bölgədə gedən proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT