İrkutskda sərnişin təyyarəsi qəza enişi edib

İrkutskda sərnişin təyyarəsi qəza enişi edib

Rusiyanın İrkutsk vilayətində təyyarə qəzası nəticəsində 4 nəfər həlak olub.

İrkutsk vilayətinin Kazaçinsk yaşayış məntəqəsi yaxınlığında qəza enişi etmiş təyyarənin iki sərnişini və iki heyət üzvü həlak olub, 12 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerində xilasedicilər işləyir. Qəza ilə əlaqədar Rusiya İstintaq Komitəsi cinayət işi açıb.

Xatırladaq ki, “Aeroservis” şirkətinə məxsus “L-410” təyyarəsi İrkutsk vilayətinin Kazaçinsk yaşayış məntəqəsi yaxınlığında meşəyə düşüb. Təyyarədə 14 sərnişin və 2 heyət üzvü olub.

Qəzaya dumanlı hava şəraitində pilotların səhvi və mühərrikdə yaranmış nasazlığın səbəb olduğu bildirilir.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT