Artsax və Ermənistan Respublikalarının Xİ nazirləri Azərbaycan-Qarabağ münaqişəsinin həllinə dair məsələləri müzakirə ediblər

Artsax və Ermənistan Respublikalarının Xİ nazirləri Azərbaycan-Qarabağ münaqişəsinin həllinə dair  məsələləri müzakirə ediblər

Artsax Respublikası XİN rəbəri Davit Babayan sentyabrın 7-də Ermənistan Respublikasının XİN rəhbəri  Ararat Mirzoyan ilə görüşmüşdür. Bu barədə Artsax Respublikasının XİN məlumat yayıb. 

Xarici siyasətdə iki erməni dövlətinin əməkdaşlığı, regional proseslər və Azərbaycan-Qarabağ münaqişəsinin həllinə dair məsələlər müzakirə edilib.

Hər iki tərəf əməkdaşlığın davamlı genişləndirilməsi və dərinləşdirilməsi, iki erməni respublikasının xarici işlər nazirlikləri arasında əməkdaşlığın yüksək səviyyədə saxlanılması və qarşılıqlı maraq doğuran məsələlər üzrə müntəzəm müzakirələrin təşkili məsələlərini müzakirə ediblər.

Görüşdə Artsax Xarici İşlər Nazirliyinin baş katibi Semyon Afiyan və Artsax Respublikasının Ermənistan Respublikasındakı daimi nümayəndəsi Sergey Ğazaryan iştirak ediblər. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT