Artsax Prezidenti Martuni rayonunun Berdaşen və Aşan kəndlərində olub

Artsax Prezidenti Martuni rayonunun Berdaşen və Aşan kəndlərində olub

Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Martuni rayonunun Berdaşen və Aşan kəndlərində olub. 

Səfər zamanı dövlət başçısı 2020-ci ildə Azərbaycanın Artsaxa qarşı başlatdığı müharibədə həlak olanların yaxınları ilə görüşərək onlara  yüksək dövlət mükafatlarını təqdim etdi.

"Qəhrəmandöyüşçülərimizin qəhrəmanlığı sayəsində Vətənimizin bir hissəsini xilas edə bildik, bu gün vətəndə yaşamaq və yaratmaq imkanı əldə etdik. Buna görə də biz  vətənimizi  inkişaf etdirməliyik və gələcək nəsillərə vətənpərvərlik ruhunda tərbiyə edərək layiqli bir gələcək qurmalıyıq”,- Prezident vurğualdı. 

Arayik Harutyunyan həlak olan qəhrəmanlarımızın ailələrinə dərin minnətdarlığını bildirdi və əmin etdi ki, dövlət hər zaman canlarını vətənə fəda edən döyüşçülərin ailələrinin yanında olacaq.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT