logo

Karen Andreasyan BQXK-nin nümayəndəliyinin rəhbəri ilə erməni əsirlərin qaytarılması məsələsini müzakirə edib

Karen Andreasyan BQXK-nin nümayəndəliyinin rəhbəri ilə erməni əsirlərin qaytarılması məsələsini müzakirə edib

Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin və mülki şəxslərin geri qayıtmasını təmin etmək üçün Ermənistanın beynəlxalq tərəfdaşların güclü dəstəyinə və bununla bağlı beynəlxalq təzyiqlərin gücləndirilməsinə ehtiyacı var. Bunu ER ədliyyə naziri Karen Andreasyan bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndə heyətinin rəhbəri Thieri Ribo ilə görüşdə vurğulayıb.

Nazir, BQXK-nın Azərbaycanın başladığı 44 günlük müharibə zamanı və ondan sonra Azərbaycanda saxlanlan erməni hərbi əsirləri və mülki şəxsləri ziyarət etməsi, ailələri ilə daimi əlaqə saxlamağı təmin etməsini yüksək qiymətləndirib və Azərbaycanda erməni əsir və girovlara verilən işgəncələr, qeyri -insani və ləyaqəti alçaldan rəftarla bağlı Thieri Ribo ilə dərin narahatlıqlarını bölüşüb.

BQXK nümayəndə heyətinin rəhbəri təşkilatın müharibədən sonrakı dövrdə həyata keçirdiyi işləri təqdim edib və qarşılıqlı maraq doğuran digər məsələlərə toxunub.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT