Həmişə Artsaxın və erməni xalqının yanında olacağam: Adam Şif

Həmişə Artsaxın və erməni xalqının yanında olacağam: Adam Şif

ABŞ-ın ermənipərəst konqresmeni Adam Şif Artsax Respublikasının Müstəqillik Günü münasibətilə mesajlara qoşulub. O qeyd edib ki, Artsax Respublikasının beynəlxalq səviyyədə tanınması üçün mübarizəni davam etdirəcək.

"Bu gün Artsaxın Müstəqillik Gününü qeyd etmək üçün birləşirik. Cəsur Artsax xalqı 30 il əvvəl Sovet İttifaqından müstəqilliyini elan etdi. Artsaxa gedən yol heç vaxt asan olmasa da, keçən ilki müharibə Artsax xalqını inanılmaz bir sınaq qarşısında qoydu.

O sınağa müqavimət göstərməyiniz hamımız üçün ilham mənbəyidir. Bu vacib gündə, Artsax xalqının üzləşdiyi təhdidlərlə mübarizəyə bir daha özümüzü həsr edək. Müstəqillik azadlıq mübarizəsinin yalnız başlanğıcıdır.

Mən Artsaxın öz müqəddəratını təyin etməsi və təhlükəsizliyi uğrunda mübarizə apararaq erməni xalqı və Artsaxın yanında olacağam. Artsaxın uzun müddətdir məhrum olduğu beynəlxalq tanınma əldə edəcəyi günü səbirsizliklə gözləyirəm"- deyə Adam Şif qeyd edib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT