Artsax bu gün yaralı olsa da, yenə də ayaqdadır: Nikol Paşinyan

Artsax bu gün yaralı olsa da, yenə də ayaqdadır: Nikol Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Artsax Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik mesajı göndərdi.

“30 il əvvəl bu gün Artsax xalqı, hökumətlərinin qanuni orqanları tərəfindən qəbul edilmiş  bəyannamə ilə Dağlıq Qarabağ Respublikasının yaradılmasını elan etdi.

Bununla Artsax erməniləri həyatlarını və gələcəyini idarə etmək, sərbəst yaşamaq hüququnu təsdiqləyiblər. Bu qərar, həmin il dekabrın 10-da keçirilmiş ümumi referendumla gücləndirildi.  Bu, 20-ci əsrdə xalqların öz müqəddəratını təyin etmə hüququnun ifadəsinin nümunələrindən biri oldu.

Artsax xalqı qanuni hüququndan istifadə etdi və buna qarşı olan hər hansı bir şiddət insanlığa, insan sivilizasiyasına, təbii insan hüquqlarına qarşı yönəldilmişdir.

Müstəqillik elan edildikdən dərhal sonra Artsax xalqına qarşı edilən belə şiddət müharibə idi., Bunun nəticəsində "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi beynəlxalq münasibətlərin gündəminə daxil oldu.

ATƏT-in Minsk Qrupu yaradıldı, üç həmsədr ölkəyə münaqişənin həllinə yönələn vasitəçilik missiyası verildi. Təəssüf ki, münaqişə həll olunmadı, şiddət davam etdi və 2020-ci ildə Artsax Respublikasına qarşı başlanan müharibə ilə ən iyrənc təzahürünü qazandı.

O müharibə, düşmənin bütün cəhdlərinə baxmayaraq, məqsədinə çatmadı. Bu gün Artsax, yaralı olsa da,yenə də ayaqdadır və Ermənistanın və bütün ermənilərin tam dəstəyi və köməyinə malikdir.

Artsax xalqının öz müqəddəratını təyin etmək hüququ müqəddəsdir. Biz bu gün bütün bütün beynəlxalq platformalarda bəyan edirik ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb. Həmsədr ölkələrinin bəyanatları da bunu  sübut edir. Münaqişə hərtərəfli həllini gözləyir

Prosesin nəticəsi olaraq, xalqların öz müqəddəratını təyin etmək hüququ əsasında Artsaxın statusu nəhayət  müəyyənləşdirilməlidir”,- baş nazir qeyd etdi.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT