Ararat Mirzoyanla Davit Babayan arasında telefon danışığı olub

Ararat Mirzoyanla Davit Babayan arasında telefon danışığı olub

Avqustun 20-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanla Artsaxın xarici işlər naziri Davit Babayan arasında telefon danışığı olub.  

Ararat Mirzoyan və Davit Babayan Ermənistanla Artsaxın Xarici İşlər Nazirlikləri arasında qurulan səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsinin və mütəmadi  müşavirələrin keçirilməsinin vacibliyini vurğulayıblar..

Qarabağ məsələsinə toxunan Ermənistan və Artsaxın xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin yenidənbaşlanmasının və hərtərəfli və uzunmüddətli həllinin vacibliyini vurğuladılar.

İki erməni dövlətinin XİN başçıları  Azərbaycan-Türkiyə təcavüzü nəticəsində yaranmış vəziyyəti və Artsaxdakı humanitar böhranın aradan qaldırılması üçün göstərilən səyləri müzakirə etdilər.

Tərəflər qeyd etdilər ki, Azərbaycan silahlı qüvvələri tərəfindən Ermənistan və Artsax sərhədlərində həyata keçirilən təxribat xarakterli hərəkətlər n yolverilməzdir və bu hərəkətlər  regional sülh  və sabitlik üçün ciddi təhdid yaradır.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT