logo

Armen Sargsyan və Arman Tatoyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər

Armen Sargsyan və Arman Tatoyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər

ER Prezidenti Armen Sargsyan Ermənistanın İnsan Haqları Müdafiəçisi Arman Tatoyanla görüşüb.

Prezident və İnsan Haqları Müdafiəçisi (İHM) sərhəd əhalisinin hüquqlarının pozulması ilə əlaqədar Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Arman Tatoyan, İHM-nın Geğarkunik, Syunik və Ararat bölgələrində apardığı araşdırma işlərinin nəticələrini Respublika Prezidentinə təqdim edib. O qeyd edib ki, Azərbaycan silahlı qüvvələrinin qanunsuz hərəkətləri Ermənistan Respublikasının sərhəd icmalarının sakinlərinin hüquqlarını pozmaqda davam edir. Faktlar sübut edir ki, Azərbaycan silahlı qüvvələri mütəmadi olaraq atışmalar törədir və ER Silahlı Qüvvələri əhalini qorumaq funksiyasını yerinə yetirir.

Arman Tatoyan bildirib ki, Azərbaycan silahlı qüvvələri tərəfindən həmin qanun pozuntularına dair faktlar artıq Ermənistanda fəaliyyət göstərən beynəlxalq strukturlara və akkreditə olunmuş diplomatik nümayəndəliklərə təqdim edilmişdir.

Prezident və İnsan Haqları Müdafiəçisi vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT