Azərbaycanın 44 günlük təcavüzü nəticəsində Artsax ərazilərinin qanunsuz işğalını möhkəmləndirmək cəhdləri yolverilməzdir: Artsax XİN

Azərbaycanın 44 günlük təcavüzü nəticəsində Artsax ərazilərinin qanunsuz işğalını möhkəmləndirmək cəhdləri yolverilməzdir: Artsax XİN

Artsax Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan, Türkiyə və Pakistan Parlament sədrlərinin işğal olunmuş Artsax ərazilərinə qanunsuz səfəri ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda xüsusilə deyilir:

"Yenidən bəyan edirik ki, 2020-ci ilin sentyabrında beynəlxalq terrorçuların birbaşa iştirakı ilə Azərbaycanın başlatdığı 44 günlük təcavüz nəticəsində Artsax Respublikasının ərazilərinin qanunsuz işğalını möhkəmləndirmək cəhdləri yolverilməzdir. Beynəlxalq hüquq normalarının pozulmasına və qanunsuz güc tətbiqinin leqallaşdırılmasına yönəlmiş hər hansı hərəkət qətiyyətlə pislənilməlidir”.

Qeyd edilib ki, Artsax Respublikasının mövqeyi dəyişməz olaraq qalır: Respublikanın ərazi bütövlüyünün bərpası və Artsax tərəfindən beynəlxalq hüquqi şəxsiyyət əldə edilməsi münaqişənin hərtərəfli həlli və bölgədə davamlı sülhün bərqərar olması üçün zəruri şərtdir. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT