Nikol Paşinyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkini qəbul edib

Nikol Paşinyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkini qəbul edib

ER Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkini qəbul edib.

Nikol Paşinyan qeyd edib ki, ER hökuməti siyasi, iqtisadi, təhlükəsizlik və humanitar sahələrdə Ermənistan-Rusiya müttəfiq münasibətlərinin davamlı inkişafına böyük əhəmiyyət verir. Nikol Paşinyanın sözlərinə görə, iki ölkənin geniş əməkdaşlıq gündəliyi var və onun həyata keçirilməsi üçün hökumətlər dinamik şəkildə işlər aparırlar.

Nikol Paşinyan, həmçinin bölgədəki qeyri-sabit vəziyyətin aradan qaldırılması kontekstində Ermənistan-Rusiya strateji əməkdaşlığının vacibliyini bildirib və təhlükəsizliyin təmin edilməsində Rusiyanın əsas rolunu vurğulayıb.

Səfir Kopirkinin sözlərincə, Ermənistanla müttəfiqlik münasibətlərinin inkişafı Rusiya üçün əsas əhəmiyyət kəsb edir, bunu iki ölkə liderləri ilə yanaşı hökumət nümayəndələri arasındakı fəal dialoq, təmaslar və əməkdaşlıq sübut edir.

Görüş zamanı  tərəflər Ermənistan-Rusiya münasibətlərinin gündəliyinə, bölgədə baş verən inkişaflara və qarşılıqlı maraq doğuran digər məsələlərə toxunublar.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT