II Qaregin Oliver Varheyi ilə görüşdə Azərbaycanda saxlanılan erməni əsirləri məsələsinə toxunub

II Qaregin Oliver Varheyi ilə görüşdə  Azərbaycanda saxlanılan erməni əsirləri məsələsinə toxunub

İyulun 9-da Ümumerməni Katolikosu II Qaregin Avropa Genişlənmə və Qonşuluq Siyasəti üzrə Komissarı Oliver Varheyi ilə görüşüb. II Qaregin qeyd edib ki, Oliver Varheyinin səfəri ER-Avropa Birliyi münasibətlərinə yeni təkan verəcəkdir. 

Söhbət zamanı Ümumerməni Katolikosu müharibədən sonra yaranan vəziyyət və mövcud çağırışlar ilə bağlı narahatlığını bildirərək ümid bildirib ki, AB qurumları, ATƏT Minsk Qrupunun həmsədr ölkələri və dost ölkələrin dəstəyi ilə  Artsax məsələdi həll olunacaq, bu da Artsaxda yaşayan ermənilərin təhlükəsizliyini təmin edəcək. 

O, Ermənistanın Artsax ilə qarşılaşdığı mövcud çətinliklərin sürətlə aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Bu münasibətlə II Qaregin Azərbaycanda saxlanılan hərbi əsirlər məsələsinə xüsusi toxunub, daha sonra Ermənistanın sərhədlərindəki təcavüzlər, habelə Azərbaycanın nəzarəti altında olan ərazilərdə erməni mənəvi və mədəni irsinin qorunması, tarixin saxtalaşdırılması ilə bağlı narahatlıqlarını dilə gətirib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT