logo

ABŞ-ın Əliyev rejiminə dəstək verməməsi üçün hər cür səy göstərməliyik. Adam Şif

ABŞ-ın Əliyev rejiminə dəstək verməməsi üçün hər cür səy göstərməliyik. Adam Şif

ABŞ konqresmeni Adam Şif yenə erməni hərbi əsirlərin taleyindən və ABŞ-ın Azərbaycana dəstəyindən narahat olduğunu dilə gətirdi. Şif bu barədə Facebook səhifəsində yazıb.

“Dağıdıcı münaqişədən və inanılmaz əzablardan bir il sonra biz və ABŞ Nümayəndələr Palatasının Erməni Komitəsinin digər həmsədrləri, ABŞ Nümayəndələr Palatasının xarici xərclərlə bağlı qanun layihəsində Ermənistan və Artsax üçün 52 milyon dollardan çox vəsait təmin edə bildik. Bu sərmayə Ermənistanda demokratik, iqtisadi, enerji islahatlarına töhfə verəcək və Artsaxa təcili humanitar yardım göstərəcəkdir.

Amma işimiz bitmədi. ABŞ hakimiyyətinin Azərbaycanın təcavüzünə son qoymaq üçün bütün mümkün diplomatik addımları atması və erməni hərbi əsir və saxlanılanların dərhal sərbəst buraxılmasını təmin etmək üçün səylərimizi davam etdirməliyik. Onlara qarşı göstərilən rəftar insan hüquqları ilə bağlı beynəlxalq konvensiyaları kobudcasına pozur. 

Biz insan haqlarını kobud şəkildə pozmağa və Ermənistanın müstəqilliyini təhdid etməyə davam edən Əliyev rejiminə Bayden administrasiyasının dəstəyini dayandırmaq üçün hər cür səy göstərməliyik”.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT