Rusiya XİN başçısı BMT-nin Qaçqınlar üzrə Ali Komissarı ilə Dağlıq Qarabağ qaçqınlarının məsələsini müzakirə edib

Rusiya XİN başçısı BMT-nin Qaçqınlar üzrə Ali Komissarı ilə Dağlıq Qarabağ qaçqınlarının məsələsini müzakirə edib

İyunun 28-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi arasında görüş keçirilib.

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, baş tutan görüşdə dünyada məcburi köçkün, qaçqın və vətəndaşlığı olmayan şəxslərin vəziyyəti, onların Covid-19 pandemiyası dövründə köçü ilə bağlı məsələlər müzakirə olunub

"Qaçqınların və müvəqqəti köçkünlərin Dağlıq Qarabağa və ətraf rayonlara qaytarılması məsələləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr tarixli atəşkəs və münaqişə bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması barədə bəyanatına uyğun olaraq nəzərdən keçirilib", - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT