Əfqanıstanda son sutkada 100-dən çox “Taliban” silahlısı ölüdürülüb

Əfqanıstanda son sutkada 100-dən çox “Taliban” silahlısı ölüdürülüb

Əfqanıstanda son sutkada təhlükəsizlik qüvvələri ilə “Taliban” silahlıları arasında baş verən atışma nəticəsində 119 terrorçu ölüb.

Məlumatı Əfqanıstanın Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, son 24 saatda ölkənin Badqis, Loqar, Faryab, Tahar, Daykundi, Qəndahar, Kunduz, Nanqarhar, Herat, Gelmand, Farah, Baqlan, Uruzqan və Badaxşan əyalətlərinin 15 müxətlif rayonlarında “Taliban” silahlıları ilə atışma olub.

Bildirilib ki, atışma nəticəsində 119 “Taliban”çı ölüb, 84-ü yaralanıb. Terrorçulara aid çoxlu sayda silah-sursat ələ keçirilib.

Əfqanıstan Milli Təhlükəsizlik Şurası ötən həftə yaydığı açıqlamada bildirib ki, “Taliban” bu ilin may ayında 1 455 dəfə hücum edib.

BMT-nin məlumatına görə, Əfqanıstan ərazisinin 50-70 faizi “Taliban”ın nəzarəti altındadır.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT