Artak Beglaryan BQXK missiyasının sədri ilə Artsaxda həyata keçirilən humanitar layihələri müzakirə etdi

Artak Beglaryan BQXK missiyasının sədri ilə Artsaxda həyata keçirilən humanitar layihələri müzakirə etdi

Artsax Respublikasının Dövlət naziri Artak Beglaryan iyunun 14-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Dağlıq Qarabağdakı missiyasının nümayəndə heyətini qəbul etdi. 

Dövlət naziri Artsaxda humanitar layihələrin həyata keçirilməsində qurumun aktiv səylərini yüksək qiymətləndirərək müharibədən sonra ortaya çıxan problemlərin səmərəli həlli istiqamətində Artsax hökuməti və BQXK missiyanın işinə əhəmiyyət verib. Beglaryan əlavə resurslar cəlb etmə zərurətini də vacib sayıb. 

BQXK Dağlıq Qarabağdakı  missiyasının sədri Vertran Lamon son aylarda Artsaxda həyata keçirilmiş və prosesdə olan layihələri təqdim edib.

Hər iki tərəf həssas qrupların sosial-iqtisadi inkişafı, səhiyyə, təhsil almaq və digər həyati məsələlərin dəstəklənməsi istiqamətində əməkdaşlığı daha da dərinləşdirməyə əhəmiyyət verib. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT