AİHM-ə fərdi şikayətlər göndərmək üzrə ixtisaslaşmış hüquqşünaslar yeni qurum təsis edib

AİHM-ə fərdi şikayətlər göndərmək üzrə ixtisaslaşmış hüquqşünaslar yeni qurum təsis edib

Avropa İnsan Hüquqları Məhkəməsinə (“AİHM”) fərdi şikayətlər göndərmək üzrə ixtisaslaşmış hüquqşünaslar Xalid Bağırov və Səməd Rəhimli Avropa Məhkəməsi ilə İş Liqası (AMİL) təsis ediblər. Bu barədə Meydan TV-yə Xalid Bağırov məlumat verib.

AMİL-in yaydığı açıqlamada bildirilir ki, qurumun məqsədi AİHM-ə strateji fərdi şikayətlərin göndərilməsi fəaliyyətinin optimallaşdırılmasıdır: "Məqsəd həmçinin aztəminatlı əhalinin qarşılaşdıqları hüquqi problemlərin beynəlxalq hüquqi instansiya qismində AİHM qarşısında qaldırılması perspektivlərinin nəzərdən keçirilməsidir".

Qeyd olunur ki, qurum mahiyyətcə sosial sahibkarlıq işi ilə məşğul olacaq və müxtəlif şəxslərdən onların hüquqi işlərinin AİHM-ə göndərilməsi məsələləri üzrə müraciətləri qəbul edəcək:

Bildirilir ki, AMİL-in cari fəaliyyəti barədə məlumatlar ictimaiyyətə təqdim ediləcək.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT