Nikol Paşinyan Vladimir Putinə təbrik məktubu ünvanlayıb

Nikol Paşinyan Vladimir Putinə təbrik məktubu ünvanlayıb

ER baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiya Günü münasibətilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Rusiya Günü münasibətilə Sizi və qardaş Rusiya xalqını ürəkdən təbrik edirəm.

Rusiyanın müasir tarixində, 12 iyun ölkənin siyasi və iqtisadi sahəsindəki əsaslı dəyişiklikləri, beynəlxalq aləmdə Rusiyanın rolunun və yerinin daha da güclənməsini təcəssüm etdirir.

Bu gün Ermənistan və Rusiya xalqlarımızın çoxəsrlik dostluğunun  təməlində çoxşaxəli əməkdaşlıq qurma səyinə əsaslanan Ermənistan-Rusiya müttəfiqlik münasibətlərini ardıcıl inkişaf etdirirlər.

Əminəm ki, Ermənistan-Rusiya dövlətlərarası münasibətləri dövlətlərimizin maraqları, regional sabitlik və təhlükəsizlik naminə müttəfiq əməkdaşlıq  kimi inkişaf edəcək.

Hörmətli Vladimir Vladimiroviç, bu bayram günündə sizə can sağlığı və məsul vəzifənizdə yeni uğurlar, Rusiya xalqına isə xoşbəxtlik  və firavanlıq arzu edirəm"․

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT