AŞ Nazirlər Komitəsi Bakını fəalların və jurnalistlərin işləri üzrə AİHM qərarlarını tam yerinə yetirməyə çağırıb

AŞ Nazirlər Komitəsi Bakını fəalların və jurnalistlərin işləri üzrə AİHM qərarlarını tam yerinə yetirməyə çağırıb

Avropa Şurası Nazirlər Komitəsi bir daha Azərbaycan hakimiyyətini "Məmmədli Azərbaycana qarşı” işlər qrupu üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin  qərarının tələb etdiyi kimi, hüquq müdafiəçilərinin və hökumət tənqidçilərinin hüquqlarını dərhal bərpa etməyə çağırıb. “Turan” agentliyinə əsasən, komitənin bu qrup üzrə aralıq qətnaməsi iyunun 9-da Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına nəzarət komitəsinin iclasının yekunlarına əsasən dərc edilib.

Qətnamədə bu qrupda hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova, NİDA fəalları Zaur Qurbanlı, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Bayram Məmmədov, Qiyas İbrahimov və Respublika Alternativi  Partiyası Siyasi Şurasının üzvü Natiq Cəfərlinin adları çəkilir.

Nazirlər Komitəsi xatırladır ki, Avropa Məhkəməsi bu qrupdakı hər bir ərizəçinin barəsində  Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci və 5-ci maddələrinin pozulduğunu müəyyən edib.

"Cinayət hüququndan sui-istifadə zamanı hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin əsassız həbslərinin həyəcanlı mənzərəsi" aşkarlanıb.

Komitə pozuntuların köklü səbəblərinin aradan qaldırılması üçün məqsədyönlü və effektiv addımlar atmaqla, əsasən də prokurorluğun və məhkəmə sisteminin müstəqilliyini möhkəmləndirməklə bağlı hakimiyyətə öz qətiyyətli çağırışını  təsdiqləyib.

Komitə vətəndaşların böhtan və təhqirə görə özbaşına təqibini, ifadə azadlığının məhdudlaşdırılmasını istisna edən ümumi tədbirlər görülməsi, o cümlədən Cinayət Məcəlləsinə düzəlişlər edilməsilə bağlı Azərbaycan hakimiyyətinə çağırışını təkrarlayıb.

Komitə 2021-ci ilin dekabrında bu məsələlərin müzakirəsinə qayıdacaq. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT