logo

Lavrov: Dağlıq Qarabağın statusu hələ razılaşdırılmalıdır

Lavrov: Dağlıq Qarabağın statusu hələ razılaşdırılmalıdır

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bildirib ki, bu mərhələdə, dinc həyatı bölgəyə qaytarağa diqqət yetirmək lazımdır

Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) iştirakı ilə razılaşdırılmalıdır, lakin bu mərhələdə, dinc həyatı bölgəyə qaytarağa diqqət yetirmək lazımdır.

Bu barədə Rusiyanın Xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda çıxışı zamanı bildirib.

“Başa düşürəm. İndi çoxları deyir ki, Dağlıq Qarabağın statusu həll olunmamış qalır. Bununla bağlı yekun razılığa gəlinməlidir. Bəli, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə yəqin ki, indiki mərhələdə status problemini qaldırmamalıdırlar, inamın möhkəmləndirilməsi, humanitar məsələlərin, azərbaycanlılar və ermənilərin yenidən yanaşı, birlikdə, təhlükəsizlikdə və iqtisadi rifah vəziyyətində yaşamasına kömək etməlidirlər. Onda mən sizi əmin edirəm ki, bir neçə ildən sonra statusun bütün problemləri daha asan həll olunacaq”, - deyə S. Lavrov vurğulayıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT