Rusiya, Fransa, Almaniya XİN başçıları Dağlıq Qarabağı müzakirə ediblər

Rusiya, Fransa, Almaniya XİN başçıları Dağlıq Qarabağı müzakirə ediblər

Fransanın Xarici İşlər Nazirliyinin başçısı Jan-İv Le Drian və Almaniya Federativ Respublikasının (AFR) xarici işlər naziri Xayko Maas Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovla telefon söhbətində Dağlıq Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər arasında Azərbaycan-Ermənistan sərhədində vəziyyət, həmçinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının müddəalarının icrasının gedişi müzakirə olunub.

Qeyd edilir ki, danışıqlar zamanı atəşkəs rejiminə ciddi riayət olunmasının vacibliyi və ortaya çıxan fikir ayrılıqlarının siyasi-diplomatik həllinə ehtiyac olduğu vurğulanıb.

Nazirlər Ermənistan-Azərbaycan arasındakı danışıqlar prosesində ATƏT-in Minsk qrupunun rolunu təsdiqlədilər. 

Rusiya tərəfindən qeyd edilib ki, beynəlxalq təşkilatların məsələyə istənilən formada qoşulması yalnız rəsmi Bakı və Yerevan icazəsi ilə ola bilər.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT