Almaniyada azərbaycanlılar siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirib

Almaniyada azərbaycanlılar siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirib

Demokratik Azərbaycanı Seç (DAS) təşkilatı iyunun 4-də Almaniyanın Nürnberq şəhərində BMT-nin ofisinin önündə “Siyasi məhbuslara azadlıq” şüarı ilə aksiya keçirib.

Bu barədə “Meydan TV”ə DAS-dan məlumat verilib.

BMT-nin və “Nürnberger Nachrichten” qəzetinin ofisinin önündə baş tutan aksiyada iştirakçılar “siyasi məhbuslara azadlıq”, “repressiyalara son” tələbləri səsləndiriblər.

DAS təşkilatının sədr köməkçisi Alış Abdullayev bildirib ki, Azərbaycanda hər gün insan hüquq və azadlıqları kütləvi şəkildə pozulur.

Onun sözlərinə görə, ölkədə bu sahədə vəziyyə günü-gündən pisləşir: “Azərbaycan hakimiyyəti insanların şərlənib tutulmasını ənənəyə çevirib. Günahsız insanlar işgəncələrə və həbslərə məruz qalır. İşgəncədən ölənlərin sayı da artıb”.

Təşkilat bildirir ki, bir sözlə, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması ancaq sözdə əskini tapıb.

Sonda aksiya iştrakçıları öz tələblərini səsləndirərək mitinq iştrakçılarının müraciətini BMT-nin Nürnberq nümayəndəliyinə və “Nürnberger Nachrichten” qəzetinə təqdim ediblər.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT