Kataloniya parlamenti Azərbaycanı erməni hərbi əsirləri dərhal azad etməyə çağırıb

Kataloniya parlamenti Azərbaycanı erməni hərbi əsirləri dərhal azad etməyə çağırıb

Kataloniyanın Parlamenti Azərbaycan hakimiyyətindən bütün erməni hərbi əsirlərini dərhal azad etməsini tələb edən institusional bəyanat qəbul etdi.

Bəyanatda qeyd olunur ki, 2020-ci il noyabrın 9-da Ermənistan və Azərbaycan arasında atəşkəs bəyanatı imzalandı. Bəyanatda hərbi əsirlərin və mülki şəxslərin azad edilməsi xüsusi şəkildə qeyd olunur. 

Lakin bəyanatdan altı ay sonra Azərbaycan mühüm humanitar müddəalardan birini- hərbi əsirlərin azad edilməsini yerinə yetmir.  Bəyanatda bildirilib ki, Azərbaycanda əsirlikdə 200-dən çox hərbi əsir var. 

Kataloniya parlamentinə görə, əsirlərin azad edilməsi danışıqlar yolu ilə son sülh üçün bir şərtdir. Qanun zorakılıqdan üstün olmalıdır.

Kataloniya Parlamenti Azərbaycan hakimiyyətini erməni əsirlərini dərhal azad etməyə  çağırıb.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT