Həsən Ruhani: İrana qarşı sanksiyalar ləğv ediləcək

Həsən Ruhani: İrana qarşı sanksiyalar ləğv ediləcək

Artıq İrana qarşı əsas sanksiyaların, o cümlədən neft sənayesinə, bankçılığa, gəmiçiliyə qarşı yönələnlərin ləğv ediləcəyi güclü dövlətlər tərəfindən qəbul olunur.

Bu barədə İran prezidenti Həsən Ruhani IRIB-ə (dövlət televiziyası) bildirib.

Dövlət başçısı 2015-ci il nüvə sazişini bərpa etmək istiqamətində Vyanada ABŞ ilə aparılan dolayı danışıqlar zamanı mühüm irəliləyiş əldə edildiyini, qəti razılığa nail olmaq üçün hazırda təfərrüatlar üzərində iş aparıldığını dilə gətirib.

Xatırladaq ki, Avropa İttifaqının yüksək rütbəli rəsmisi də Vyanada tərəflər arasında son razılaşmaya az qaldığını bildirmişdi. 

 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT