Demarkasiya işlərindən əvvəl Azərbaycanın silahlı qüvvələri Ermənistan Respublikasının suveren ərazisindən çıxmalıdır: Armen Grigoryan

Demarkasiya işlərindən əvvəl Azərbaycanın silahlı qüvvələri Ermənistan Respublikasının suveren ərazisindən çıxmalıdır: Armen Grigoryan

Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan Rusiyanın Ermənistan və Azərbaycan arasında demarkasiya işlərinin başlanması təklifinə dair Ermənistanın mövqeyini təqdim etdi. 

“Mayın 18-də Rusiya tərəfindən Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında demarkasiya işlərinə başlamaq barədə təklif oldu. 

Buna cavab olaraq, erməni tərəfi vurğuladı ki, əvvəlcə Azərbaycanın silahlı qüvvələrinin nümayəndələri Ermənistan Respublikasının suveren ərazisindən çıxmalıdır və ancaq bundan sonra bu cür müzakirələr üçün şərait yaradılacaq. 

Armen Grigoryan yaranmış vəziyyətinin həlində Rusiya tərəfinin səylərini yükəsk qiymətləndirdi. O eyni zamanda qeyd etdi ki, Ermənistan Respublikası üçün ərazi bütövlüyünün tam qorunması müzakirə mövzusu ola bilməz.

“Qeyd edirik ki, Azərbaycan tərəfinin son hərəkətləri  Ermənistan, Rusiya və Azərbaycan liderlərinin imzaladığı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarla  öz  üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsinə yönəlib”,- deyə Armen Grigoryan bildirdi.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT