Ermənistan-Azərbaycan sərhədində vəzaiyyət nisbətdən sakitdir, danışıqlar davam edir: MN

Ermənistan-Azərbaycan sərhədində vəzaiyyət nisbətdən sakitdir, danışıqlar davam edir: MN

Azərbaycan SQ-i tərəfindən Ermənistan-Azərbaycan sərhədində 12-13 mayda törədilmiş təxribatlardan sonra yaranmış vəziyyət 18 mayda da dəyişməz olaraq qalıb. Bu barədə ER Müdafiə Nazirliyi məlumat yayıb. 

Vəziyyət nisbətdən sakitdir. Ermənistan Müdafiə Nazirliyi məsələnin sülh yolu ilə həll olunmasının vacibliyinə əhəmiyyət verir və məsələni sülh yolu ilə həll etməklə bağlı səsləndirilən çağırışları nəzərə alaraq, bu istiqamətdə  müxtəlif ölkələr və beynəlxalq qurumlar tərəfindən göstərilən səyləri yüksək qiymətləndirir. 

Ancaq, ağlabatan bir müddət ərzində sülh yolu ilə həll yolu tapılmayacağı təqdirdə, yəni azərbaycanlı hərbçilərin şərtlər qoymadan mövqelərinə qayıtmaması halında, ER Silahlı Qüvvələri problemi başqa yollarla və hətta güc tətbiqi ilə həll etmək hüququnu özündə saxlayır.

Bir daha bəyan edirik ki, ER süveren  ərazilərinə qarşı istənilən təcavüz yolverilməzdir. Azərbaycanlı hərbçilər Ermənistan Respublikası ərazilərini tərk etməlidirlər. 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT