logo

Azərbaycanlıların daxil olduğu ərazilər Ermənistan ordusunun tam nəzarəti altındadır. ER Müdafiə naziri rusiyalı həmkarı ilə danışıb

Azərbaycanlıların daxil olduğu ərazilər Ermənistan ordusunun tam nəzarəti altındadır. ER Müdafiə naziri rusiyalı həmkarı ilə danışıb

Mayın 14-də Ermənistan Respublikası Müdafiə Naziri vəzifəsini icra edən Vağarşak Harutyunyan Rusiya Federasiyası Müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə telefon danışığı aparıb. Strateji müttəfiq ölkələrin müdafiə nazirliklərinin rəhbərləri Syunik bölgəsindəki vəziyyəti müzakirə ediblər.

Vağarşak Harutyunyan rusiyalı həmkarına yaranmış vəziyyətdə erməni tərəfinin hərəkətləri barədə məlumat verərək qeyd edib ki, Sev lic (Qaragöl) də daxil olmaqla həm azərbaycanlıların daxil olduğu ərazilər, həm hərbçilər və həm onların təmin etməyin yolları Ermənistan ordusunun tam nəzarəti altındadır. 

ER Müdafiə Nazirliyinin rəhbəri, vəziyyətin sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayaraq, eyni zamanda, Ermənistan Respublikasının suveren ərazisinə hər hansı bir təcavüzü yolverilməz hesab edib.

Telefon danışığı zamanı Vağarşak Harutyunyan və Sergey Şoyqu Ermənistan-Rusiya hərbi əməkdaşlığı, Artsaxdakı Rusiya sülhməramlı kontingentinin missiyası, eləcə də regional təhlükəsizliklə bağlı bir sıra məsələləri də müzakirə ediblər.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT