logo

Vağarşak Harutyunyan və Aleksandr Dvornikov Syunikdəki vəziyyəti müzakirə edib

Vağarşak Harutyunyan və Aleksandr Dvornikov Syunikdəki vəziyyəti müzakirə edib

Mayın 14-də ER Müdafiə nazirinin vəzifəsini icra edən Vağarşak Harutyunyan işgüzar səfərlə Ermənistanda olan RF Silahlı Qüvvələrinin Cənubi Hərbi Dairənin komandiri, ordunun generalı Aleksandr Dvornikovu qəbul edib. 

Görüş zamanı Syunik bölgəsindəki vəziyyət və həll yolları, Ermənistan Respublikası Silahlı Qüvvələrində başlanan islahatlar müzakirə edilib və regional təhlükəsizliklə bağlı məsələlərə də toxunulub.

Tərəflər ikitərəfli hərbi əməkdaşlığın səviyyəsini yüksək qiymətləndiriblər, planlaşdırılan proqramların vaxtında, tam şəkildə həyata keçiriləcəyinə əmin olduqlarını bildiriblər.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT