logo

Ombudsman Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ermənistandakı səfiri ilə görüşdü

Ombudsman Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ermənistandakı səfiri ilə görüşdü

ER Ombudsmanı Arman Tatoyan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Con Galager ilə görüşdü

Arman Tatoyan səfirə 2020-ci il sentyabr-noyabr aylarında  Artsaxda baş verən müharibə zamanı Azərbaycan SQ tərəfindən törədilmiş müharibə cinayətlərini təqdim etdi. 

Ombudsman qeyd edib ki, erməni hərbçilərə və mülki şəxslərə qarşı törədilmiş vəhşilikləri, erməni mədəni və tarixi irsin məhvi və təhqiri əks etdirən 297 video və foto üzrə təhlil beynəlxalq təşkilatlara göndərilib. 

Tatoyan Azərbaycanda saxlanılan erməni əsirləri qaytarma zəruretini qeyd edərək əlavə edib ki, Azərbaycan hakimiyyəti əsirləri "terrorçu" və ya "təxribatçı" kimi təqdim etməklə əsirlərin hüquqlarının qorunması ilə bağlı beynəlxalq tələbləri kobud şəkildə pozur.

O həmçinin vurğulayıb ki, bütün  erməni hərbçilər və mülki şəxslər Azərbaycan SQ-i tərəfindən davam etməkdə olan münaqişə şəraitində əsir götürüldülər, beləliklə də onlar əsirlərdir və heç bir siyasi şərt olmadan azad buraxılıb vətənə qaytarılmalıdırlar. 

Ancaq, Azərbaycan  hakimiyyəti əsirlərin və ailələrinin hüquqlarını kobudcasına pozaraq süni şəkildə prosesi uzadır və siyasiləşdirir. Eyni zamanda, Azərbaycanın yüksək rəhbərliyi ermənifobiya və düşmənçilik siyasətini davam etdirir. Bunun sübutu isə, Bakıda 2020-ci il sentyabr-noyabr aylarında baş verən müharibəyə həsr olunmuş “sərgi-parkın” açılışı idi.

Arman Tatoyan  Azərbaycan prezidentinin ermənifob çıxışlarını da təqdim edərək qeyd edib ki, bu bəyanatlar ermənilərə qarşı nifrəti daha da alovlandırırlar və regionda xalqlar arasındaki sülhə təhlükə yaradırlar. 

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT