ABŞ Konqresmeni Kris Smit Artsaxa humanitar yardım verməyə çağırıb

ABŞ Konqresmeni Kris  Smit Artsaxa humanitar yardım verməyə çağırıb

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Kris Smit  artsaxlılara ən azı 50 milyon dollarlıq qida, infrastruktur, mənzil və tibbi yardım göstərməyə çağırıb. 

Kris Smit hesab edir ki, bu yardım Azərbaycan və Türkiyə tərəfindən başladılan müharibənin nəticələrinin aradan qaldırılması baxımından çox vacibdir. 

Konqresmen Artsax müharibəsində Türkiyə tərəfindən suriyalı muzdluların maliyyələşdirilməsini pisləyib. O bildirdi ki, bu muzdlular müharibədə Artsaxa qarşı döyüşüblər. 

Konqresmen Azərbaycana hər hansı hərbi yardım göstərməyi dayandırmağa çağırdı.

“Azərbaycan və Türkiyə Artsaxda sülhün perspektivlərini pozmağa davam edir və 200 erməni əsirini vətənə qaytarmaqdan imtina edirlər",- deyə Kris Smit bildirdi.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT