logo

Peskov Qarabağ müharibəsi zamanı “İsgəndər” raketlərinin istifadəsini inkar edib

Peskov Qarabağ müharibəsi zamanı “İsgəndər” raketlərinin istifadəsini inkar edib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 44 günlük müharibəsi zamanı “İsgəndər” raket sisteminin istifadəsi ilə bağlı Azərbaycanın açıqlamalarını təkzib edib. Məlumatı “regionmonitor” yayıb.

“Yox, başa düşdüyüm qədərilə, bu, yeni məlumatdır. Mən bilmirəm, bu, hərbiçilər vasitəsiləmi məruzə edilib, bizim hərbiçilərin bu barədə hər hansı ətraflı məlumatı varmı. Bu, əlbəttə ki, daha çox onların səlahiyyətinə aiddir”, deyə Peskov RF prezidenti Vladimir Putinin Azərbaycan tərəfin Qarabağ münaqişə zonasında Rusiya istehsalı olan “İsgəndər” raketlərinin qəlpələrinin aşkar edilməsi haqqında məlumatından xəbəri olub-olmaması barədə suala cavabda bildirib.

Peskovun sözlərinə görə, “İsgəndər” raket komplekslərinin Dağlıq Qarabağda istifadə olunmaması təsdiqlənib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT