ER Xİ naziri və Artsax Parlamentinin sədri erməni hərbi əsirlərin və girovlarının geri qaytarılmasını müzakirə ediblər

ER Xİ naziri  və Artsax Parlamentinin sədri erməni hərbi əsirlərin və girovlarının geri qaytarılmasını müzakirə ediblər

Yerevana işgüzar səfərdə olan Artsax Parlamentinin sədri Artur Tovmasyan, ER Xİ naziri Ara Ayvazyan ilə görüşüb.

Görüşdə tərəflər müharibədən sonrakı Artsaxda ortaya çıxan sosial-iqtisadi, humanitar və digər müasir məsələləri müzakirə edib, bunların həlli üçün aparılan işlərə toxunub. Görüşdə tərəflər xüsusən də erməni hərbi əsirlərin və girovların vətənə qaytarılması üçün görülən tədbirlərdən danışıblar.

Hər iki tərəf Azərbaycanın törətdiyi erməni dini, tarixi və mədəni soyqırımını pisləyib və bu baxımdan XİN-in beynəlxalq təşkilatlara etdiyi müraciətləri mühüm sayıb.

Görüşdə Artur Tovmasyan, Ermənistandakı daxili siyasi inkişaflara toxunaraq qeyd edib:

"Böhran içində olan hər bir ölkə üçün ən yaxşı seçim, bəlkə də, növbədənkənar seçkilərin keçirilməsidir. Ermənistanın özündə də vəziyyət erkən parlament seçkiləri tələb edir. Təhlükəsiz Artsaxa sahib olmaq istəyiriksə, sabit Ermənistana, güclü diasporaya sahib olmalıyıq”.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT